Qırmızı.az
Seymur Həziyevi döyən şəxs həbs olundu
Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Seymur Həziyevi döyən şəxs barəsində də həbs qətimkan tədbiri seçilib.
Abşeron rayon Polis Şöbəsi və prokurorluğunun Trend-ə daxil olan
birgə məlumatınada qeyd olunur ki, aparılmış istintaqla həmçinin
Məhərrəm Həsənovun aralarında yaranmış mübahisə zamanı ictimai
qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə
edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən
qərəzli hərəkətlərə yol verməklə Seymur Həziyevi söyərək yumruqla
vurub sonuncuya bədən xəsarətləri yetirməsində əsaslı şübhələr
müəyyən edildiyindən o, sentyabrın 3-də şübhəli şəxs qismində
tutularaq istintaqa cəlb olunub.
M.Həsənova Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsində
nəzərdə tutulan ittiham elan edilərək barəsində rayon məhkəməsinin
qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Qeyd edək ki, avqustun 29-da Abşeron rayonunun Ceyranbatan
qəsəbəsində Seymur Həziyevlə Bakı şəhər sakini Məhərrəm Həsənov
arasında yaranmış mübahisə zamanı xuliqanlıq hərəkətlərinə yol
verilməsi faktı ilə bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq
bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah
qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə)
maddəsi ilə cinayət işi başlanıb və S.Həziyev Cinayət Məcəlləsinin
qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb
edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri
seçilib.
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO