Qırmızı.az
Ramil Usubov MDB Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün sentyabrın 4-dən 6-dək Qırğızıstanın Çolpan-Ata şəhərində rəsmi səfərdə olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbirdə üzv dövlətlərin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılıb.
DİN Şurasının iclasında, həmçinin səlahiyyətli orqanlar tərəfindən şəxslərin dövlətlərarası axtarışının həyata keçirilməsi qaydalarını müəyyən edən sənəd layihəsi, yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələlərində əməkdaşlıq haqqında 7 oktyabr 2002-ci il tarixli Sazişə dair İcra Protokolu, üzv dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun Mərkəzi Asiya regionunda Regional Əməliyyat Qrupunun işinin təşkil edilməsini tənzimləyən sənədlərin işlənib hazırlanması, həmçinin bir sıra digər məsələlər üzrə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var