Qırmızı.az
Başına buzlu su tökən öldü (FOTO)
Bütün dünyada skleroza (ALS) diqqət çəkmək və bu
xəstəlikdən əziyyət çəkənlərə maddi yardım etmək məqsədi ilə
başlanan “Bir vedrə buzlu su” kampaniyası faciəyə səbəb
olub.
ANS PRESS-in məlumatına görə, bir çox məşhurların da iştirak etdiyi
ALS xəstəliyi üçün başladılan “Bir vedrə buzlu su” (Ice Bucket
Challenge) kampaniyasının şərtlərinə uyğun olaraq, başından aşağı
buzlu su tökən 48 yaşlı Steffen Klemm dünyasını dəyişib. Hadisə
Almaniyanın Saksonya əyalətində baş verib.
Dostlarından biri tərəfindən aksiyaya dəvət edilən Steffen 4 vedrə
buzlu suyu başından aşağı töküb. Bir neçə gün sonra isə onun iş
yerində meyiti tapılıb. Ölüm səbəbini araşdıran ekspertlər müəyyən
ediblər ki, onun beyin damarlarından biri partlayıb.
Berlində fəaliyyət göstərən nevroloji mütəxəssisi, professor Mattis
Endres mərhum Steffenin beynində əvvəlcədən potensiyal problem
olduğunu və buzlu suyun bunu şiddətləndirərək ölümə gətirib
çıxardığını düşünür.
Qeyd edək ki, kampaniyaya qoşulan və başına bir vedrə buzlu su
tökən şəxs 3 adamı bu hərəkəti təkrarlamağa dəvət edir. Həmin
şəxslər başına bir vedrə buzlu su tökmədiyi təqdirdə, ALS xəstələri
fonduna 100 dollar verməlidir.
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı