Arvadını və yeni doğulmuş qızını diri-diri basdırdı
Bizi izləyin

Qırmızı.az

Arvadını və yeni doğulmuş qızını diri-diri basdırdı

Belorusiyada arvadını və yeni doğulmuş qızını diri-diri basdıran kişinin məhkəmə prosesi başa çatıb.

Publika.az Belarus mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı qatil ömürlük həbs cəzası alıb.

Cinayət işinin materiallarına görə, müttəhim 2013-cü ilin sentyabrında Qlusk qəsəbəsinə, vətəndaş nikahında olduğu arvadının evinə gəlib. Həmin vaxt evdə qadının 2 yaşlı oğlu və 3 aylıq körpə qızı da olub.

Cütlüyün arasında mübahisə düşüb. Kişi körpənin atası olduğunu deyərək uşağı almaq istəyib. Qadın buna etiraz etdikdə sifətindən zərbə alıb. Kişi huşunu itirmiş qadının əl-ayağını bağlayıb. Sonra uşağı polietilenə büküb. Hər ikisini avtomobilinin yük yerinə qoyaraq şəhərdən kənara aparıb.

Atılmış fermaların birində onları diri-diri basdırıb. Qadının və körpənin meyitini baxışdan keçirən məhkəmə tibbi ekspertizası rəy verib ki, onların hər ikisi boğulub ölüblər. Yəni qurbanların diri ikən torpağa basdırılmaları sübut olunub.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm