Qırmızı.az
Medianı tənzimləyən orqanların məsuliyyəti artır
"İndiki dövrdə medianın rolu getdikcə daha da artır. Həm cəmiyyətin, həm də dövlətin qarşısında medianın məsuliyyəti artdıqca, medianı tənzimləyən orqanların da məsuliyyəti artır". Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda keçirilən Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumunun (Black Sea Regulatory Authorities Forum - BRAF) 5-ci illik iclasında çıxışı zamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
Forumda "Yeni media" mövzusuna yenidən baxış keçirilib və "Media
maarifləndirilməsi" mövzusunda fikir mübadiləsi aparılıb.
N.Məhərrəmli bildirib ki, bu ildən Azərbaycan bu quruma rəhbərlik
edəcək: "Forumda əsas məsələ media maarifləndirilməsi ilə bağlı
məsələlərin müzakirəsi olacaq. Bizim həm ikitərəfli, həm
çoxtərəfli, həm də beynəlxalq formatda görüşlərə ehtiyacımız var.
Bir-birimizdən öyrəniləsi çox şeylər var. Buna görə də biz bu cür
görüşləri mütəmadi olaraq keçiririk. Hesab edirəm ki, bu görüşdə
medianın maarifləndirilməsi ilə bağlı aparılan müzakirələr gələcək
işlərimizdə bizə kömək edəcək".
Şura sədri əlavə edib ki, Forumun əsas məqsədi ölkələr arasında
təcrübə mübadiləsi aparmaq, mövcud problemləri dialoq şəklində həll
etməkdən ibarətdir: "Hər hansı ölkənin başqa ölkələr qarşısında
öhdəliyi yoxdur. Sadəcə, biz əlaqələrimizi koordinasiya edir və
fikir mübadiləsi aparırıq, mövcud problemləri həll etməyə
çalışırıq".
Daha sonra çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev də Forumun
əhəmiyyətindən danışıb.
O bildirib ki, Azərbaycan son illərdə müxtəlif sahələrdə, o
cümlədən elektron media sahəsində xeyli irəliləyiş əldə edib: "Bu
sahədə yeni dünya təcrübəsinin müxtəlif nailiyyətləri tətbiq
olunur. Yeni texnologiyalardan istifadə edilir, təcrübə mübadiləsi
aparılır. Təbii ki, bugünkü toplantıda da fikir mübadiləsinin
aparılması həm elektron medianın inkişafına öz töhfəsini verəcək,
həm də ölkələrimiz arasında ümumi münasibətlərin inkişafına təkan
göstərəcək".
Daha sonra BRAF-ın baş katibi doktor Hamit Ersoy, BSEC (Black Sea
Economic Cooperation) baş katibinin müavini Trayan Çebeleu çıxış
edib.
Forum öz işini bu gün yekunlaşdırır.
Qeyd edək ki, BSEC (Black Sea Economic Cooperation) üzvü olan
dövlətlərin yayım tənzimləyici orqanları 2008-ci ildə BSEC-in
İstanbuldakı Baş qərargahında toplanıb və Qara Dəniz Yayım
Tənzimləyici Orqanların Forumunun (Black Sea Regulatory Authorities
Forum - BRAF) yaradılmasını elan edən Birgə Deklarasiya qəbul
ediblər. Üzv dövlətlərin nümayəndələri gələcək əməkdaşlıq və yayım
sektorunda əsas məsələlərin müzakirəsi məqsədilə BRAF-ın hər il bir
üzvünün dəvəti ilə İllik İclasını keçirir. BRAF-ın Daimi Katibliyi
Türkiyənin Ankara şəhərində RTÜK-ün binasında yerləşir.
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb