Qırmızı.az
Vəkili İlham Mirzəyevdən imtina etdi – AÇIQLAMA
Hazırda həbsdə olan İlham Mirzəyevin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov keçmiş teleaparıcı ilə əməkdaşlığı dayandırıb.
Vəkil Publika.az-a açıqlamasında bildirib ki, İ.Mirzəyevin məhkəməsi dövründə Azərbaycanda ola bilməyəcək: “Mən bir ay Azərbaycanda olmayacağam. Ona görə də İlham Mirzəyevin işindən uzaqlaşdım. İstintaq dövründə onun hüquqlarını müdafiə etdim. Məhkəmə üçün ayrı müqavilə bağlanmalıdır. Amma qarşılıqlı şəkildə razılığa gəlindi ki, müqaviləni uzatmayaq. İndi onun hüquqlarını Xanlar Bayramzadə və İkram Abdullayev qoruyur. O məhkəmə 1-2 prosesə yekunlaşacaq. Həmin vaxt da mən burda olmayacağam. İlham Mirzəyevə çox köməyim dəyib. Özü bilir mən onun üçün nə iş görmüşəm”.
Qeyd edək ki, İ.Mirzəyev bu ilin aprel ayının 11-də saxlanılıb və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İyulun 5-də isə Mirzəyevin həbs müddəti iki ay uzadılıb. Qeyd edək ki, Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.
İntiqam VALEHOĞLU
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ