Qırmızı.az
İdarənin rəhbərliyi müəllim və valideynlərlə görüşəcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin qəbulunu keçirəcək. Bu barədə Publika.az-a BŞTİ-nin mətbuat xidmətindən məlumat verilib.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.
Məktəblərdə səyyar qəbullar keçirilərək müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən diqqətlə öyrəniləcək, problemli məsələlər həll ediləcək və lazımi təşkilati və maarifləndirmə tədbirləri görüləcək.
Qeyd edək ki, görüşlərin yeri və vaxtı barədə öncədən ictimaiyyətə məlumat veriləcək.
Gülxar
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
İKT06:16
"Telegram"dan MÖHTƏŞƏM YENİLİK: "Bu ayın sonunda..."
-
İdman04:44
Türkiyənin məşhur klubu Mourinyo ilə danışıqlara başladı
-
Magazin104:14
Günel Zeynalovanın yeni biznesi: "Kimyaçı oldum" - FOTO
-
İKT03:50
Həkimlərin ağlına süni intellekt "calanacaq" - Yeni texnologiya
-
İdman02:12
Azərbaycanlı MMA döyüşçüsü Həbibin qohumunu nokaut etdi - ANBAAN VİDEO
-
Sosial01:11
Düyü yenidən bahalaşa bilər
-
Qoroskop00:15
Günün ULDUZ FALI: işlərin gedişatı sizi narazı sala bilər