Qırmızı.az
Valideynlərə xəbərdarlıq (VİDEO)
Birincilər və valideynlər artıq "Bilik günü"nə tam
hazırdırlar. Məktəblərin ətrafında baş verə biləcək istənilən
xoşagəlməz halların qarşısını almaq məqsədilə Baş Dövlət Yol Polisi
(BDYP) valideynlərə xəbərdarlıq edib.
Bu il 141 min 166 nəfər birinci sinfə gedəcək. Onların əksəriyyəti
yəni 74 min 998 nəfəri oğlandır. İlk dərs günündə azyaşlıları çox
vaxt valideynlər məktəbə aparır. Xüsusilə yüzlərlə valideynin şəxsi
maşınları ilə məktəblərə üz tutması yollarda tıxaclara səbəb olur.
Buna görə də Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə xəbərdarlıq
etdi.
BDYPİ-nin şöbə rəisi Kamran Əliyev bildirib kİ, valideynlər ilk
dərs günündə şəxsi avtomobillərindən az istifadə etsinlər. Çünki
bir maşının məktəb qarşısında hətta bir dəqiqə dayanması belə
tıxaclara səbəb olur.
Yeni dərs ilinin başlaması ilə əlaqədar DİN-nin rəhbərliyinin
göstərişi ilə ölkə ərazisində “Diqqət, uşaqlar” adı altında
hərəkətin təhlükəsizliyi aylığı da keçirilir. Bu məqsədlə
məktəblərin qarşısındakı yollarda piyadaların keçidi üçün
xəbərdaredici xətlər çəkilir və yol nişanları qoyulur. Həmçinin ilk
dərs günündə DYP əməkdaşları xüsusilə ibtidai siniflərdə “Yol
hərəkəti qaydaları” haqqında açıq dərslər keçəcək.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"