Qırmızı.az
Nazirlik 100 əlilə peşə sertifikatı verdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 100 nəfərə yaxın sağlamlıq imkanları məhdud gəncə peşə sertifikatları təqdim edib. Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, ƏƏSMN Ramana qəsəbəsindəki sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı kurslarını bitirən və buraxılış imtahanından uğurla keçmiş daha bir qrup əlilliyi olan şəxsə peşə sertifikatları təqdim olunub.
Ümumilikdə cari ilin ötən dövründə 100 nəfərə yaxın sağlamlıq imkanları məhdud gənc bu mərkəzdə yeni peşələrə yiyələnərək peşə sertifikatları ilə təmin olunublar. Bununla da onların əmək bazarına çıxışı xeyli asanlaşıb, həmçinin özünüməşğulluq imkanlarına malik olublar. Peşə sertifikatları verilən şəxslərin yeni yiyələndikləri peşələr üzrə qısa müddətdə məşğulluqlarının təmin edilməsi üçün müvafiq tədbirlər görülüb.
10 peşə (xalçaçılıq, toxuculuq, tikişçilik, bərbərlik, kompyuter istifadəçisi, ağac üzərində oyma, rəssamlıq, kulinariya və s.) üzrə peşə hazırlığı kurslarının təşkil edildiyi mərkəzdə hazırda əlavə olaraq100 nəfərə yaxın əlilliyi olan şəxsə peşələr öyrədilir.
Ötən ilin dekabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılmış 188 yerlik Ramana Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində ölkənin müxtəlif bölgələrindən gəlmiş əlilliyi olan şəxslər dövlət hesabına yataqxana, tibbi xidmət, yeməklə də təmin edilirlər.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO