Qırmızı.az
Bakının mərkəzi küçələrində hərəkət 3 gün məhdudlaşdırılır
Bu gündən etibarən Azərbaycan paytaxtında bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulur.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Publika.az-a bildirib ki, sentyabrın 20-də "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimi və "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi haqqında sazişin ("Əsrin müqaviləsi") 20-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək yüksək səviyyəli qonaqların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın küçə və prospektlərində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən müxtəlif tədbirlərin görülməsi nəzərdə tutulur.
Belə ki, Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, Azneft dairəsi, Mərdəkan-Zuğulba şosesi, eləcə də digər küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək.
Bununla əlaqədar sürücülərdən xahiş olunur ki, tədbirin yüksək
səviyyədə keçməsi üçün Bakı şəhərinin yollarında şəxsi
avtomobillərdən az istifadə etsinlər, ictimai nəqliyyata üstünlük
versinlər.
Təhlükəsizlik tədbirlərinin sentyabrın 21-dək davam edəcəyi gözlənilir.
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO