Qırmızı.az
Qoruqda meyit tapıldı
Zaqatala Dövlət Təbiət Qoruğunun çox mürəkkəb relyefə malik, yüksək mailliyi olan qayalıq sahəsində insan meyiti və hündürlüyü 0.7-1.5 metr olan 67 ədəd narkotik xassəli çətənə bitkisi aşkar olunub. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bununla bağlı, dərhal qoruq əməkdaşlarının iştirakı ilə Balakən Rayon Prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində müayinə və tədqiqatlar aparılıb, meyit və çətənə bitkiləri götürülüb.
Aparılan istintaq əməliyyat tədbirləri nəticəsində hadisəni törədən 4 nəfər Gərəkli kənd sakini və 2 nəfər Bakı sakini həbs edilərək istintaqa cəlb olunub, onlardan 4 ədəd ov tüfəngi götürülüb.
İlkin ehtimallara görə, hadisə Qoruq ərazisində qanunsuz narkotik xassəli çətənə bitkisi əkən kənd sakini ilə onu oğurlamağa gələn şəxslər arasında baş verib. Hazırda hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən inzibati araşdırma aparılır.
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Bu yay varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...