Qırmızı.az
Müdafiə Nazirliyində doqquz ayın yekunları müzakirə olundu
.jpg?v1750244623)
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sədrliyi ilə 2014-cü ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Silahlı Qüvvələr qarşısında qoyulan tapşırıqların həlli məqsədilə oktyabrın 10-da Müdafiə Nazirliyində hesabat dövrünün nəticələrinə həsr olunmuş toplantı keçirilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə və idarə rəisləri, birlik komandirləri iştirak ediblər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə vəzifəli şəxslərin məruzələri dinlənildikdən sonra Silahlı Qüvvələrin növlərinin çöl, uçuş və dəniz təlim bacarıqları, döyüş və əməliyyat hazırlığı, müdafiənin gücləndirilməsi, qoşun və qüvvələrin hərtərəfli təminatı, qoşunların və silahların idarəetmə sistemi, kadrların hazırlığı və şəxsi heyətin sosial müdafiəsi, nizam-intizamın daha da yüksəldilməsi məsələləri geniş təhlil edilərək istiqamətlər üzrə vəzifələr müzakirə olunub.
Silahlı Qüvvələrdə görülən işlər və onların təhlili barədə geniş məruzə ilə çıxış edən müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən qarşıda duran məsələlərin yerinə yetirilməsi üzrə müvafiq göstərişlər verib.

-
Region13:55
Karapetyanın qızı erməniləri üsyana çağırdı: İrəvanda ara qarışır
-
Region12:48
Ərdoğanla Paşinyan birgə bəyanat verəcək: Bəndlər vaxtından əvvəl açıqlana bilməz
-
Sosial11:35
Azərbaycanda yeni qurum yaradıldı
-
Nida Xəbər 11:09
Şimali Kipr Baş nazirinin baş məsləhətçisi "Teleqraf" Media Qrupunda oldu
-
Dünya10:48
İran ABŞ-ı vurmaq üçün raketləri hazır vəziyyətə gətirdi: Dəhşətli müharibə qaçılmazdır
-
Dünya10:36
Dünya müharibəsi bu tarixdə başlayacaq: ABŞ İranı vuracaq
-
Region09:36
Xamenei cəmi iki sözlə bu xəbəri çatdırdı
-
İdman06:46
Roberto Baccio Messiyə görün nə hədiyyə etdi - FOTO