Qırmızı.az
Müəllim məktəbdə nə zaman namaz qıla bilməz?
Vətəndaşlar onları narahat edən suallarla Şeyxülislam Hacı Allahşükür Paşazadəyə Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytında müraciət edir.
Qafqaz Müsəlmanları İdarəsindən Publika.az-a verilən məlumata görə, Günay Əmrahova adlı vətəndaşın sualı məktəbdə namaz qıldığı üçün rus müəllimlər tərəfindən təhqir olunması ilə bağlı olub:
“Mən müəlliməyəm. Ruslarla birgə çalışıram. Lakin Azərbaycan və
rus uşaqları oxuyur. Bu gün namazımı çatdıra bilməyəcəyim üçün
məktəbdə qıldım. Amma rus müəllimləri görub təhqirə başladılar ki,
burada icazə verilmir.
Həqiqətən Azərbaycanda müsəlman müəllimə məktəbdə namaz qılmağa
izin verilmir? Əgər bu belədirsə, bu harada sənəd kimi qeyd
olunub?
Vətəndaşın sualına isə QMİ-dən belə cavab verilib:
“Azərbaycan Respublikasında hər bir vətəndaşın, o cümlədən də hər
bir müsəlmanın din və vicdan azadlığı vardır. Hər kəs öz dini
ayinlərini azad formada yerinə yetirə bilər. Lakin dinimizin şəriət
qaydalarına əsasən hər hansı bir şəxsin mülkündə onun icazəsi
olmadan namaz qılmaq olmaz. Əgər sizin işlədiyiniz yer özəl
müəssisədirsə, sahibinin icazəsi olmadan orada namaz qıla
bilməzsiniz. Dövlət müəssisələrinə gəldikdə isə, əgər namaz üçün
ayrılmış hər hansı bir otaq yoxdursa, çıxıb hər hansı bir məsciddə
namaz qılmağınız tövsiyə olunur”.
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...