Qırmızı.az
İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gedib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi
açılışında iştirak etmək üçün fevralın 6-da Rusiya Federasiyasına
işgüzar səfərə gediblər.
İlham Əliyev fevralın 6-da Rusiya Federasiyasına işgüzar səfəri
çərçivəsində Soçidə Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə
görüşüb. Görüşdə Azərbaycan ilə Litva arasında əlaqələrin
inkişafından məmnunluq ifadə edilib, bu əlaqələrin yaxşı
perspektivlərinin olduğu bildirilib. Ölkələrimiz arasında müxtəlif
sahələrdə, xüsusilə enerji sektorunda əməkdaşlığın
genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da
Soçidə Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani ilə
görüşüb.
Görüşdə ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğu bildirilib, əlaqələrin dinamik inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə ticarət, sərmayə qoyuluşu, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
-
Səhiyyə17:05
Doğum səviyyəsinin aşağıdüşmə səbəbi bəlli oldu: Çünki qadınlar...
-
Rəsmi xronika16:15
Prezident və xanımı Zəngilanda açılışda iştirak etdi - Yeniləndi
-
Sosial16:05
Bu ərazilərimizə qar yağdı - FAKTİKİ HAVA
-
Sosial15:33
Ramiz Tahirovun yerinə təyin olunan komandan kimdir?
-
Dünya13:04
NATO-nun 10 ən güclü ordusu hansılardır? - Yeni araşdırma Türkiyəni...
-
Sosial12:30
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
-
Sosial12:06
Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edildi
-
İqtisadi gündəm11:30
Azərbaycanda problemli kreditləri azaldan səbəb: Görün banklar nə edirlər