Qırmızı.az
Avtomobil oğurluğu ilə məşğul olanlar tutuldu

Bakıda avtomobillərin qənimi olan dəstənin üzvləri tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, oktyabrın 9-da Qafqaz küçəsində, orada yaşayan Vidadi Məmmədova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb.
Nizami Rayon Polis İdarəsi (RPİ) Post-Patrul Xidməti Bölməsi (PPXB) və 23-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Məcidbəy Vəkilov yaxalanıb.
Müəyyən edilib ki, o, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Hüseyn Məlikov və 1994-cü il təvəllüdlü Tahir Namazovla birlikdə oktyabrın 11-nə keçən gecə, Nərimanov rayonu A.Qərib küçəsində yaşayan İsmət Məmmədova məxsus "VAZ-2106" markalı avtomobili qaçırıblar.
Daha sonra müəyyən edilib ki, onlar 2013-cü il sentyabrın 27-də Bakı şəhər sakini, Əfqan Abdullayev məxsus Ə.Əzimzadə küçəsində yerləşən mağazadan, nəfəsliyin şüşəsini sındırmaq yolu ilə 180 manat, tütün məmulatı və ərzaq məhsulları, bu il sentyabrın 15-də Babək prospektində yaşayan Sabiq Babayevə məxsus "Toyota" markalı avtomobildən, şüşəni sındırmaqla 1300 manat oğurlayıblar.
Əməliyyat tədbirləri zamanı H.Məlikov və T.Namazov da yaxalanıblar.
Gülnar

-
İdman02:43
Yamal yeni nömrəsinə qovuşdu – VİDEO
-
Dünya02:00
7,1 bal gücündə zəlzələ oldu - Sunami xəbərdarlığı edildi
-
Qoroskop00:35
Günün ulduz falı: Gözlənilməz ideya maddi uğur gətirə bilər
-
ABŞ16 İyul 23:21
Trampın planı üzə çıxdı, dollar kəskin ucuzlaşmağa başladı
-
İdman16 İyul 23:05
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından çıxarıldı
-
Hadisə16 İyul 22:14
Laçında meşə YANIR
-
Rəsmi xronika16 İyul 20:30
Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Fotolar
-
MDB16 İyul 19:50
Şıxlinski haqqında 2 ay həbs qətimkan tədbiri seçildi - Yeniləndi