Qırmızı.az
AMEA: Azərbaycan dilinin tədrisi qənaətbəxş deyil
Ölkədə Azərbaycan dilinin işlənməsi səviyyəsi böyük narahatlıq doğurur. Trend xəbər verir ki, bu barədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev mətbuat konfransında bildirib.
T.Hacıyev deyib ki, Azərbaycan dilinin tətbiqi ilə bağlı məsələdə
ciddi narahatlıq olduğu üçün dövlət başçısı sərəncam verib və
dövlət proqramı qəbul olunub: "Biz hələlik həmin proqramıın
icrasına nəzarət edirik. Sonra təkliflərimizi hökumətə təqdim
edəcəyik".
İnstitutun direktoru qeyd edib ki, orta və ali təhsil
müəssisələrində Azərbaycan dilinin tədrisi qənaətbəxş səviyyədə
deyil və bu sahədə qüsurlar çoxdur: "Cəmiyyətdə müxtəlif sahələrdə
Azərbaycan dilinin tətbiqi ilə bağlı müşahidə etdiyimiz qüsurların
ya hamısı, ya da çoxu məhz orta məktəblərdən gəlir".
O əlavə edib ki, hazırda İnstitutda orta məktəb dərsliklərinin dili
ilə bağlı monitorinq aparılır: "Dərsliklərdə çoxlu qüsurlar var.
Moniorinqlər bitdikdən sonra bununla bağlı Təhsil Nazirliyi ilə
birgə müzakirələr aparılacaq".
Akademikin sözlərinə görə, “Azərbaycan Respublikasında dövlət dili
haqqında” Qanun qəbul olunub. Həmin qanunda Azərbaycan dilinin
korlanmasına görə müxtəlif cəzalar nəzərdə tutulur. Qanuna əsasən,
bu cəzalar özəl və dövlət müəssisələrinə, o cümlədən KİV-lərə də
şamil edilə bilər: "Dil hər bir xalqın milli sərvəti, onun qan
yaddaşı və varlığının təzahürüdür. Dil həm də milli dövlətçiliyin
rəmzi olduğu üçün onun inkişaf etdirilməsi, qayda və normalarının
qorunması hər bir vətəndaşın borcudur".
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO