Qırmızı.az
Həbsdəki “NİDA”-çı Heydər Əliyevin məzarını ziyarət etmək istəyir
Bu barədə Publika.az-a Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bakı İstintaq təcridxanasında saxlanılan Bəxtiyar Quliyev Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı cənab Mədət Quliyevə müraciət ünvanlayıb. B.Quliyevin xahişi ilə müraciətləri olduğu kimi kütləvi informasiya vasitələrinin nəzərinə çatdırırıq:
“Azərbaycan Respublikası Ədliyyə Nazirinin
müavini
Penitensiar xidmətin rəisi
general-leytenant cənab Mədət Quliyevə
MÜRACİƏT
Mən Quliyev Bəxtiyar Səməndər oğlu, keçmiş “Nida”çı 2013-cü
ilin mart ayının 7-də Cinayət Məcəlləsinin 234.1, 228.3, 220.1
maddələri ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişəm.
Hal-hazırda Apellyasiya məhkəməsində işimə baxılır.
Mən əvvəl yazdığım müraciətimdə Azərbaycan Respublikasının
Prezidentinə bildirmişəm ki, törətdiyim cinayət əməlinə görə peşman
olmuşam. Habelə istədim ki, mən Azərbaycan Respublikasının gənc
vətəndaşı olaraq, gələcək quruculuqda əlimdən gələni
edim.
Prezidentimiz gənclərlə görüşlərdə demişdir ki, siz gənclər
Azərbaycanın gələcəyisiniz. Mən də bu gənclərin sırasında olmaq
istəyirəm.
Bu gün mənə şərait və şans verilsə, mən ömrümün axırına
kimi vətənimə və xalqıma xidmət etməyə hazıram.
Təcridxanada mən dərk etdim ki, vətənimizdə gedən quruculuq
işlərinin memarı Ulu Öndər Heydər Əliyev olmuşdur. Vətənpərvər bir
gənc kimi Ulu Öndərin məzarını ziyarət etməyi özümə mənəvi borc
bilirəm.
Xahiş edirəm Ulu Öndərin məzarını ziyarət etmək üçün mənə
müvafiq şərait yaradılmasında köməklik göstərəsiniz.
Quliyev Bəxtiyar Səməndər oğlu
04.10.2014”
İctimaiyyətlə əlaqələr şöbəsi.
16.10.2014
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO