"28 May"da yeni tunel tikilir
Bizi izləyin

Qırmızı.az

"28 May"da yeni tunel tikilir

“Bakı Metropoliteni” QSC Fransanın “Bouygues Travaux Publics, LLS” şirkəti ilə “28 May” stansiyasında yeni tunelin tikintisi ilə bağlı müqavilə imzalayıb.

“Bakı Metropoliteni”nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Qırmızı və Yaşıl xətlərin ayrılmasını nəzərdə tutan müqavilə QSC-nin sədri Zaur Hüseynov və Fransa şirkətinin beynəlxalq əlaqələr üzrə icraçı direktoru Jean-Denys Arnal tərəfindən imzalanıb. Layihənin icrasına yaxın günlərdə başlanılacaq. Tunelin tikintisinin 2016-cı ildə başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Qırmızı xətlə (“Həzi Aslanov” – “İçəri Şəhər” stansiyaları arası) Yaşıl xətt (“Dərnəgül” – “Xətai” stansiyaları arası) “28 May” stansiyasında kəsişir. İki xəttin bir-birindən ayrılması, eyni zamanda, qatarlararası intervalın azalmasına şərait yaradacaq. Eləcə də “28 May” – “Dərnəgül” mənzilində hərəkət intervalını iki dəfə azaltmaq mümkün olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm