Qırmızı.az
Qazinin öldüyü, jurnalistin yaralandığı qəzadan FOTOLAR
Ötən gecə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yanında baş verən ağır qəza bir nəfərin ölümünə, ikisinin isə ağır yaralanmasına səbəb oldu.
Axar.az xəbər verir ki, saytımızın “Cəbhə xətti” layihəsinin müəllifi Nihad Cəbrayıl və layihənin qonağı olmuş xanım qazilər – tankist Sevil Abbasova və snayper Solmaz Əliyeva harın sürücünün törətdiyi ağır qəzanın qurbanına çevrildilər. Bu qəza Qarabağda odun-alovun içindən sağ çıxan xanım qazi tankist Sevil Abbasovanın həyatına son qoydu. Hazırda xəstəxanada olan saytımızın müxbiri Nihad Cəbrayıl və xanım qazi, snayperçi Solmaz Əliyeva isə Sevil Abbasovanın ölümündən xəbərsizdir.
Oktyabrın 17-si gecə saatlarında baş verən o dəhşətli qəzanın və qəzada ölən və yaralanan qazilərin, həmkarımızın fotolarını təqdim edirik:
Qeyd edək ki, Axar.az-ın “Cəbhə xətti” layihəsinin müəllifi Nihad Cəbrayıl Qarabağ savaşının iştirakçısı olan xanım qazilərlə müsahibədən qayıdarkən ağır qəzaya düşüb. Xanım qazilər N.Cəbrayılı evinə düşürmək üçün “NAZ Lifan” markalı avtomobillə gələrkən böyük sürətlə hərəkət edən “Cip” markalı avtomobil onların üstündən keçib. Qəza nəticəsində qazi 1975-ci il təvəllüdlü Sevil Abbasova dünyasını dəyişib. Yaralılar isə jurnalist Nihad Cəbrayıl və 1968-ci il təvəllüdlü Əliyeva Solmaz Valeh qızıdır.
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI