Eyvandan dama yıxılan qadın belə xilas edildi - VİDEO
Bizi izləyin

Hadisə

Eyvandan dama yıxılan qadın belə xilas edildi - VİDEO

Bakı şəhəri, Binəqədi rayonu ərazisində binaların birində vətəndaş köməksiz vəziyyətdə qalıb.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

Bildirilib ki, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan 1985-ci il təvəllüdlü M.Hüseynova yaşadığı mənzilin eyvanından binanın 1-ci mərtəbəsində yerləşən artırmanın damına yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı müvafiq vasitələrlə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm