“Azərsu” abonentlərinin sayını artırır
Bizi izləyin

Qırmızı.az

“Azərsu” abonentlərinin sayını artırır

“Azərsu” ASC mərkəzləşdirilmiş qaydada su ilə təchiz olunan 199 min nəfərə içməli suyun verilməsi intervalı artırıb ki, bunun da 40 min nəfəri regionlarda yaşayan əhalidir. Bu barədə Publika.az-a “Azərsu”ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, 2014-cü ilin yanvar-sentyabr aylarında respublika üzrə ümumilikdə 358 min nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb ki, bunun da 148 min nəfəri regionların payına düşür. Su təchizatının yaxşılaşdırılması nəticəsində bəzi istehlakçılar üçün suyun verilmə intervalı artırılıb, abunəçilərin bir hissəsi fasiləsiz rejimdə su almaq imkanı əldə edib, əhalinin bir hissəsi isə ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub.

Son 9 ayda 159 min nəfər fasiləsiz içməli su ilə təmin edilib ki, onların da 108 min nəfəri regionlarda yaşayır. Yaşayış məntəqələrində infrastrukturların yaradılması nəticəsində yanvar-sentyabr ayları ərzində 156 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib. Ötən müddətdə regionlarda ilk dəfə içməli su ilə təmin olunan əhalinin sayı 99 min nəfər təşkil edir.

2014-cü ilin 9 ayının yekunlarına görə, hazırda ölkə üzrə istehlakçıların 62,5 faizi fasiləsiz rejimdə içməli su ilə təmin olunur. Bakı şəhəri üzrə bu göstərici 78,3 faiz təşkil edir. “Azərsu” ASC ölkə üzrə 1 milyon 309 min abunəçiyə su təchizatı və kanalizasiya xidmətləri göstərir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm