Qırmızı.az
Şəhid Aydın Abdullayev ölümündən sonra medalla təltif olunub
2013-cü ilin oktyabr ayının 25-də cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş gizir Aydın Abdullayevin il mərasimi keçirilib.
Müdafiə nazirliyindən Publika.az-a verilən məlumata görə, oktyabrın 26-da keçirilən mərasimdə Müdafiə Nazirliyi, rayon icra hakimiyyəti, hərbi hissənin nümayəndələri də iştirak ediblər.
Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik İslam Gəncəliyev qeyd edib ki, Vətəni Vətənin adına layiq səviyyədə sevmək hər kəsə nəsib olmur. Gizir A.Abdullayev belə bir sevgi ilə yaşadı, belə bir sevgi ilə xidmət etdi və belə bir sevgi ilə şəhid oldu.
O, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə gizir A.Abdullayevin ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin atası Əmiraslan Abdullayevə təqdim edərək, bütün şəhidlərimizin, o cümlədən Aydının da qisasının alınacağını və torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin olduğunu bildirib.
Şəhid atası Ə.Abdullayev nə qədər ağır olsa da oğlunun şəhid olmasından qürur hissi keçirdiyini, bu diqqətə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...