Qırmızı.az
Albaniyanın sabiq prezidenti Bakıya gəlib
Albaniyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Recep Meydani Azərbaycanda səfərdədir.
Diasporla Iş üzrə Dövlət Komitəsindən Publika.az-a vrilən məlumata görə, səfərin əsas məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2015-ci ilin aprelində keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq işlərini müzakirə etməkdir.
Recep Meydani Mərkəzin Baş katibi Rövşən Muradovla keçirdiyi görüşdə millətlər və dinlər arasında əməkdaşlığa öz töhfəsini verən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nəinki Azərbaycan, həmçinin bölgə üçün böyük əhəmiyyət daşıdığını bildirib. Sabiq Prezident ümid edir ki, “Avropada etimadın bərpası” məsələlərinə həsr olunacaq növbəti beynəlxalq forum Avropa məkanındakı münaqişələrin dialoq və anlaşma yolu ilə həlli istiqamətində müsbət nəticələr verəcək.
Albaniyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Recep MeydaniAzərbaycana səfəri çərçivəsində iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə bir sıra rəsmi qurumlarda görüşlər keçirməyi planlaşdırıb. Recep Meydaninin həmçinin Azərbaycan Xarici Dillər və Dövlət İqtisad universitetlərində mühazirəsi də nəzərdə tutulub. Səfər çərçivəsində Albaniyanın keçmiş dövlət başçısı Azərbaycanın bir sıra tarixi yerlərinə, o cümlədən Qəbələ rayonu ərazisindəki qədim alban kilsəsinə baş çəkəcək.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."