Qırmızı.az
Bal yarmarkasında endirim başlandı
Bir ay müddətində təşkil edilən arıçılıq məhsullarının satış yarmarkasına təqdim edilən məhsulların 80%-dən çoxu satılıb. Qalan məhsullarla bağlı satıcılar bu gündən endirim kompaniyası tətbiq edirlər.
Bunu Publika.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.
“Arıçılar məhsullarını geri qaytarmamaq üçün bu gün endirim edib, bu, sabah da davam edəcək. Arıçılar 20-30 manata satdıqları balı 10-15 manata satırlar. Hətta 1 kq alana 1 kq hədiyyə verənlər də var. Bu yarmarkada olmuşam, satıcılar builki təşkilatçılıqdan və satışdan razılıq edirlər. Bu il arıçılar əldə etdikləri məhsulların təxminən 50-60%-ni yarmarkaya gətirib. Bəzi arıçılar gətirdikləri məhsulun hamısını, bəziləri 80%-ə qədərini satıb. Ümumilikdə yarmarkada 180-200 tona yaxın məhsul satılıb”.
M.Hacıyev yarmarkanın oktyabrın 30-u saat 14:00-dək davam edəcəyini bildirib. Onun sözlərinə görə, bu il yarmarkanın təşkilində yeniliklər tətbiq edildi. Növbəti il digər neqativ halların aradan qaldırılması üçün artıq müzakirələrə başlanılıb.
Xatırladaq ki, oktyabrın 1-dən başlanan arıçılıq məhsullarının satış-yarmarkasına Naxçıvan MR və respublikanın 40 rayonundan 438 nəfər arıçı iştirak edir və 190 ton bal, 500 kq çiçək tozu, 200 kq güləm, 5 kq arı südü və 150 kq vərəmum satışa çıxarılmışdı.
Gülxar
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bavariya"nın baş məşqçi postuna yeni favorit BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin17 May 21:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO