Qırmızı.az
Noyabrda hava necə olacaq?
Noyabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olsa da, ayın ilk günlərində, ikinci ongünlüyün ortalarında və üçüncü ongünlüyün bəzi günlərində temperaturun normadan bir qədər aşağı olacağı gözlənilir. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu 11-13° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 5-10° isti təşkil edəcək.
Gündüzlər 11-16° isti, bəzi günlərdə 3-8° isti olacaq.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 28-38 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu 6-10° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 1-6° isti, bəzi günlərdə 0-3° şaxta təşkil edəcək. Gündüzlər 11-16° isti, bəzi günlərdə 3-8° isti olacağı gözlənilir.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 18-28 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-8° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 1-5° isti, bəzi günlərdə 2-7° şaxta gözlənilir. Gündüzlər 5-10° isti, bəzi günlərdə 3° şaxtadan 2°-dək isti.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 27-34 mm) olacağı gözlənilir
Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturu isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 4-9° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti təşkil edəcək.
Gündüzlər 10-15° isti, bəzi günlərdə 3-8° isti gözlənilir.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 15-24 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturu 6-10° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 1-6° isti, bəzi günlərdə 1-6° şaxta təşkil edəcək. Gündüzlər 9-14° isti, bəzi günlərdə 1-6° isti gözlənilir.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 29-73 mm) olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturu 10-13° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 5-10° isti, bəzi günlərdə 0-4° isti təşkil edəcək. Gündüzlər 12-17° isti, bəzi günlərdə 4-9° isti gözlənilir.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 25-45 mm) olacağı gözlənilir.
Masallı,Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturu 8-13° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 5-10° isti, bəzi günlərdə dağlarda 3-8° şaxta təşkil edəcək.
Gündüzlər 11-16° isti, bəzi günlərdə 4-9° isti olacaq. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 55-170 mm) olacağı gözlənilir.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək