Qırmızı.az
QHT Alyansı hesabat verdi
Uşaq Hüquqları üzrə QHT Alyansının bu gün Ümumi Yığıncağı keçirib. İclasda QHT-lərin son iki ildəki fəaliyyəti müzakirə edilib, gələcək strateji hədəflər formalaşdırılıb, İdarə heyətinin sədri və Milli Koordinator seçilib.
Tədbirdə çıxış edən QHT Alyansının milli koordinatoru Nabil Seyidov 2002-ci ildən qurulan təşkilatın qeydiyyatdan keçmədiyini deyib:
“Təşkilat kimi qeydiyyatdan keçməsək, fəaliyyətimiz dövründə ölkədə uşaqların problemlərinin həll edilməsi istiqamətində mühüm işlər həyata keçirilib. Alyans 2003-cü ildən özündə 85 milli QHT-ni birləşdirir. Həmçinin bir sıra dövlət və qeyri-hökümət təşkilatları, biznes qurumları və fərdlərlə əməkdaşlıqda, onların dəstəyi ilə Azərbaycanda uşaq hüquqlarının müdafiəsi, təbliği sahəsində çoxsaylı layihələr həyata keçirib. Bu vaxta qədər uşaqlarla bağlı bir çox qabaqcıl layihələrə imza atmışıq, lakin deinstitutlaşma kimi məsələlər hələ də həllini gözləyir”.
N.Seyidov Alyans tərəfindən hazırlanan təkliflərin mütəmadi olaraq Milli Məclisin sosial siyasət komitəsinə təqdim edildiyini və bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.
Tədbirdə alyansa üzv təşkilatların rəhbərləri çıxış edərək, layihələrin həyata keçirilməsi üçün büdcənin azlığından, yekun hesabatların toplanmasından danışıb və bəzi təkliflər irəli sürüblər.
Gülxar
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı