Qırmızı.az
Millət vəkili girovumuzun ailəsinə baş çəkdi: “Şahbazın ailəsi kirayədə yaşayır” - Foto

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin ailəsinə baş çəkib.
Publika.az xəbər verir ki, millət vəkili
təəssüratlarını "Fasebook"da bölüşüb.
“Ailəsinə baş çəkməyə yaxın qohumu Ramizlə birlikdə getdik.
Şahbazın öz evi yoxdur, ailəsi kirayədə yaşayır. Evin şəraitindən
zəhmətkeş ailəsi olduğu görünür. Şahbaz uzun müddət Rusiyada
yaşayıb, gec ailə qurub, indi yoldaşı və qızı Elza onun yolunu
gözləyirlər. Torpağa çox bağlı bir insan olduğunu söylədilər,
qorxmaz, cəsarətli bir insandır. Evdə hara getdiyindən xəbərləri
olmayıb. Ailə ilə yaxın qohumları yaxından maraqlanırlar. Şahbazın
anası və qızının bu günlərə qədər onun taleyindən xəbərləri
olmayıb.
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənovun ailə ilə daim maraqlandığını
söylədilər. Həyat yoldaşına və qohumuna Şahbaz Quliyevin və Dilqəm
Həsənovun taleyi ilə hər kəsin maraqlandığını və Azərbaycan
dövlətinin öz oğluna sahib çıxdığını söylədim. Ailə üzvləri onun
üzərində qurulmuş saxta məhkəmədən narahat olduqlarını bildirdilər.
Şahbazın həyat yoldaşı və Dilqəm Əsgərovun Rusiya vətəndaşları
olmasına baxmayaraq, Rusiyanın onların taleyi ilə maraqlanmadığını
da dilə gətirdilər. Ailə üzvləri Şahbaz və Dilqəmin səhhətindən
ciddi narahat olduqlarını da bildirdilər. Hadisə baş verənə qədər
140 kiloqram çəkisi olan Şahbazın “məhkəmə” görüntüləri onlara
normal baxmadıqlarından xəbər verir. Şahbazın ailəsinə onun
tezliklə vətənə qayıdacağına inandığımı və gələn dəfə artıq onunla
görüşə gələcəyimi bildirdim. Şahbaz Quliyevin ailəsindən bir neçə
şəkil götürdüm, onları bir qədər sonra səhifəmdə yerləşdirəcəyəm”,
- deyə millət vəkili bildirib.
A. Mirzəzadə Şahbaz Quliyevin qızı ilə çəkdirdiyi fotonu da sosial
şəbəkələrdə paylaşıb.
Asif

-
ABŞ02:42
ABŞ Daxili Təhlükəsizlik Naziri xəstəxanalıq oldu
-
Nida Təhlil 00:30
AzTV Əhmədinejadın "ölüm" xəbərinə görə ÜZR İSTƏDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Qapıları açıq saxlayın
-
İKT17 İyun 22:48
Tanınmış jurnalistə yüksək vəzifə verildi
-
Magazin117 İyun 22:36
Şahidləri Murad Dadaşov oldu - FOTO/VİDEO
-
Yaxın Şərq17 İyun 22:24
İsraillilərə ÇAĞIRIŞ ETDİ: "Canınızı xilas etmək üçün şəhərləri tərk edin"
-
Sosial17 İyun 21:30
Müavinət və təqaüdlərin artımlarının ödəniləcəyi TARİX AÇIQLANDI
-
Yaxın Şərq17 İyun 21:24
İran İsrailin hava bazalarına zərbələr endirdi