Qırmızı.az
Müdafiə naziri Hərb Oyunları Mərkəzində olub - FOTO
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Hərb Oyunları Mərkəzində olub.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, birlik komandirləri və qərargah rəislərinin iştirakı ilə keçirilən tədbirdə Mərkəzin vəzifələri və məqsədi barədə brifinq təqdim olunub.
Bildirilib ki, Mərkəzin əsas məqsədi strateji,
əməliyyat-strateji və taktiki səviyyələrdə, həmçinin bölük və tağım
komandirləri də daxil olmaqla dünyanın ən qabaqcıl ordularında
tətbiq olunan yeni texnologiyalar əsasında müasir döyüş və manevr
imkanları, relyef və iqlim şəraiti nəzərə alınmaqla keyfiyyət və
kəmiyyət baxımından qərarların qəbul edilməsi və dəqiqləşdirilməsi
məsələlərinin öyrənilməsi üzrə zabitlərin hazırlanmasıdır.
Müdafiə Nazirliyinin rəhbərliyi Mərkəzin əməliyyat və təhlil,
komandanlıq və idarəetmə sisteminin trenajorları, birləşmiş
münaqişə və taktiki simulyasiya, o cümlədən yardımçı bölmələri ilə
tanış olaraq Mərkəzin fəaliyyəti ilə maraqlanıblar.
Sonda müdafiə naziri Silahlı Qüvvələrdə komanda-qərargah məşqləri və təlimlərin keçirilməsi, birlik və birləşmə səviyyəsində zabitlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müasir və yüksək texnologiyalı kompüter proqramlarının tətbiqi, təlimlərin sayının artırılması, həmçinin təlimlərdə bütün döyüş hesabatlarının simulyasiya sistemi vasitəsilə yoxlanılması barədə müvafiq göstəriş və tapşırıqlarını verib.
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”