Qırmızı.az
Bu gün radio və televiziya işçilərinin peşə bayramıdır
Bu gün radio və televiziya işçilərinin peşə bayramı günüdür.
Publika.az-ın məlumatına görə,1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı günü kimi keçirilir.
O dövrdə radio verilişlərinin gündəlik efir vaxtı cəmi 2 saat təşkil edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı.
Azərbaycanda ilk televiziya verilişi isə 1956-cı il fevralın 14-də efirə çıxıb. Azərbaycan Televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil teleradioşirkətlərin sayı da artıb. Hazırda ölkədə dövlət radio və televiziyası ilə yanaşı “ANS”, “Lider”, “Space”, “Azad Azərbaycan”, “Xəzər” kimi özəl televiziya və radio kanalları müxtəlif məzmunlu verilişlər yayımlayırlar.
2005-ci il avqustun 31-də İctimai Televiziyanın yayıma başlaması Azərbaycan teleməkanını daha da genişləndirmişdir.
Bayram münasibətlə radio və televiziya işçilərini təbrik edir, işlərində uğurlar diləyirik!
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO