Qırmızı.az
İranın rabitə və informasiya texnologiyaları naziri Bakıdadır
İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin Bakıya səfəri başlayıb.
Trend-in məlumatına görə, M.Vaezini hava limanında İranın
Azərbaycandakı səfiri Möhsün Pakayin, rabitə və yüksək
texnologiyalar nazirinin müavini İltimas Məmmədov
qarşılayıblar.
M.Vaezinin Azərbaycana səfərində məqsəd İran Prezidenti Həsən
Ruhaninin Bakıya səfəri öncəsi iki ölkə arasında imzalanacaq sənəd
və protokolların hazırlanması ilə bağlı müzakirələr aparmaqdır.
Səfər zamanı iranlı nazir Azərbaycan və İran arasında iqtisadi,
ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının Azərbaycan
tərəfdən həmsədri, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin
Mustafayevlə görüşəcək və müzakirələr aparacaq.
İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı iki ölkə
arasında 10 sənəd imzalanacaq. İmzalanacaq sənədlər əsasən
Azərbaycandan elektrik enerjisinin alışı, sərhəd çaylarından
istifadə yolları, gömrük prosedurlarının sadələşdirilməsi,
yükdaşıma, qaz, enerji, turizm və ticarət sahələrində əməkdaşlığın
genişləndirilməsini nəzərdə tutur.
Qeyd edək ki, noyabrın 12-dən sonra İran Prezidenti Həsən Ruhaninin
Azərbaycana səfəri gözlənilir.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı