Qırmızı.az
Şəkidə avtomobil ağaca çırpılıb, ölən və yaralanan var
Bu gün axşam saat 21: 30-da Şəkidə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Publika.az Kanal S-ə istinadən məlumat verir ki, qəza Şəki-Qaraməryəm-İsmayıllı yolunun 142-ci km-də, Köbər Zəyzid kəndi ərazisində baş verib. 1976-cı il təvəllüdlü Lətifov Vüqar Məmməd oğlunun idarə etdiyi "90 EN 076" dövlət nömrə nişanlı Lada Priora markalı avtomobil yoldan çıxaraq qəza törədib və yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı avtomobildə sürücü ilə yanaşı bir sərnişin də olub. Qəza nəticəsində sürücü V.Lətifov dünyasını dəyişib. Avtomobildə olan sərnişin isə ağır xəsarət alıb və Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Qəza zamanı avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Bu səbəbdən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çağırılıb. Yalnız bunnan sonra sürücünü avtomobildən çıxarmaq mümkün olub.
Faktla bağlı Baş Dövlət Yol Polis idarəsində cinayət işi açılıb, araşdırma aparılır.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi