Rusiyada FHN-nin helikopteri qəzaya uğrayıb
Bizi izləyin

Qırmızı.az

Rusiyada FHN-nin helikopteri qəzaya uğrayıb

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) “Ka-32” vertolyotunun qəzaya uğradığı ərazidə həlak olan ekipaj üzvü tapılıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə FHN-nin Şimali Qafqaz federal dairəsinin mətbuat xidmətinin rəhbəri Kantemir Davudov bildirib.

“Stavropol vilayətinin Mineralovodski rayonunda “Ka-32” vertolyotun ekipajının beşinci üzvü tapılıb. Təəssüf ki, o, aldığı ağır travmalardan yerindəcə ölüb. Həlak olan şəxs ekipajın komandiri idi”, - deyə Davudov vurğulayıb.

Ekipajın digər 4 üzvü isə müxtəlif dərəcəli travmalarla xəstəxanaya çatdırılıb. Hazırda qəza yerində xilasedicilər və tədqiqat qrupu işləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm