Qırmızı.az
Professor İlham Rəhimova Bolqarıstanın ali mükafatı təqdim olundu
O, “Doktor Xonoris Kauza” elmi dərəcəsinə layiq görüldü
Sofiya şəhərində hüquq elmləri doktoru, professor İlham Rəhimova Bolqarıstan Elmlər Akademiyasının “Doktor Xonoris Kauza” ali mükafatı təqdim olunub.
Təqdimat mərasimindən öncə professor Rəhimovun Bolqarıstanın hüquq üzrə tanınmış mütəxəssis və elm adamları, qanunvericilik orqanları, ədliyyə, məhkəmə, prokurorluq nümayəndələri, media və QHT təmsilçləri ilə görüşü keçirilib.
Görüşdə Bolqarıstanda, həmçinin digər Balkan ölkələrində 90-cı illərdən etibarən aparılan dövlət quruculuğu və hüquq siyasəti, ədliyyə strukturlarının mövcud vəziyyəti və aparılan islahatlar, Bolqarıstanın Avropa Birliyinə tamhüquqlu üzvlüyünün ardından bu sahədə baş verən proseslər və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, İ.Rəhimovun müəllifi olduğu “Cinayət və cəza”, “Cinayət və cəzanın fəlsəfəsi” kitablarının hüquq elminə verdiyi töhvələrdən, əsərlərin alim və tədqiqatçılar üçün əhəmiyyətindən söhbət açılıb. Bolqarıstan elm və ictimaiyyət nümayəndələrinin təkidli istəklərindən sonra, hər iki kitabın bolqar dilinə tərcüməsi və hüquq dərsliyi olaraq tövsiyyəsi qərarlaşdırılıb.
Professor İlham Rəhimov geniş nitqlə toplantı iştirakçılarına xitab edib.
Sofiya simfonik orkestrinin mini resitalından sonra keçirilən təntənəli mərasimlə mükafat Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik S.Vodeniçarov və Rəyasət Heyəti üzvləri tərəfindən İ. Rəhimova təqdim edilib. Mərasimdən sonra İlham Rəhimov və qonaq heyət üzvlərinin şərəfinə ziyafət təşkil olunub.
Səfər çərçivəsində professor İlham Rəhimov Bolqarıstanın vitse-prezidenti xanım Marqarita Popova, parlament sədrinin müavini Yanaki Stoylov və Sofiya meri xanım Yordanko Fandıkova ilə görüşüb. Görüşdə fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO