Qırmızı.az
230 məhkum peşə hazırlığına cəlb edilib
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcək məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi, bu məqsədlə onların peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə
əlaqələr şöbəsindən Publika.az-a daxil olan
məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə
Ədliyyə Nazirliyi arasında imzalanmış müvafiq sazişə əsasən, bu
ilin ötən dövründə penitensiar müəssisələrdə cəza müddəti başa
çatmaqda olan 230 nəfər şəxs peşə hazırlığı kurslarına cəlb olunub.
Onlardan 32 nəfəri qadınlar, 16 nəfəri isə Ədliyyə Nazirliyi
Penitensiar xidmətinin Tərbiyə müəssisəsindəki uşaqlar olub.
Kurslar penitensiar müəssisələrin mövcud peşə məktəblərinin
bazasında dərzi, dülgər-xarrat, kompyuter istifadəçisi, kompyuter
texnikasının təmiri, bərbər-manikürçü peşələri üzrə təşkil edilib.
Məhkumların kursları bitirmə vaxtı onların cəzaçəkmə müddətinin
başa çatması vaxtı ilə təxminən eyni dövrə düşür. Kurslara cəlb
olunanlardan 110 nəfəri artıq peşə kurslarını uğurla başa
vurub.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO