Martda 10 günə yaxın bayram edəcəyik
Bizi izləyin

Qırmızı.az

Martda 10 günə yaxın bayram edəcəyik

Martın 20-i, 21-i, 22-si, 23-ü və 24-ü ölkəmizdə Novruz bayramıdır

Mart ayında bayramla əlaqədar neçə günün qeyri-iş günü olacağı açıqlanıb.

Publika.az-ın ANS TV-yə istinadən məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən bu il martın 20-i, 21-i, 22-si, 23-ü və 24-ü ölkəmizdə Novruz bayramı günü kimi qeyd olunacaq. Martın 22-si və 23-ü şənbə və bazar günlərinə düşdüyündən martın 24-ü və 25-i də ölkədə qeyri-iş günü olacaq.

Bundan başqa, 8 mart Beynəlxalq Qadınlar Günü şənbə gününə düşdüyü üçün martin 10-u da qeyri-iş günü sayılacaq.

Beləliklə, Azərbaycanda gələn ay 10 günə yaxın bayram edəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm