Qırmızı.az
Zorakılıqla bağlı 18 mindən artıq cinayət qeydə alınıb
Son 5 ildə Azərbaycanda qadınlara qarşı 30277 cinayət hadisəsi (2009-cu ildə 6933, 2010-cu ildə 6507, 2011-ci ildə 6705, 2012-ci ildə 5478, 2013-cü ildə isə 4654), o cümlədən zorakılıqla bağlı 18486 cinayət (2009-cu ildə 4696, 2010-cu ildə 4489, 2011-ci ildə 4280, 2012-ci ildə 3218, 2013-cü ildə 1803) qeydə alınıb. Həmin dövrdə müvafiq cinayətlərin dinamikasında azalma müşahidə olunub.
Trend-in məlumatına görə, bunu “Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi” adlı konfransda çıxışı zamanı daxili işlər nazirinin müavini Oruc Zalov deyib.
O.Zalov bildirib ki, bu hüquqazidd əməllərə görə 18948 nəfər
məhkəmə məsuliyyətinə cəlb olunub (2009-cu ildə 4934, 2010-cu ildə
4312, 2011-ci ildə 3953, 2012-ci ildə 3274, 2013-cü ildə isə
2475).
Cari ilin son 9 ayında qadınlara qarşı 4195, o cümlədən zorakılıqla
bağlı 1687 cinayət faktı qeydə alınıb və 2024 nəfər məhkəmə
məsuliyyətinə cəlb olunub.
Cinayətlərin 23 faizi və yaxud hər beşincisi məhz ailə-məişət
münaqişəsi zəminində baş verib.
O.Zalov qeyd edib ki, daxili işlər orqanlarında 2855 qadın xidmət
göstərir ki, bunun da 1350 nəfəri xüsusi rütbəsi olan qadınlardır:
"Qadınlara qarşı zorakılığın aradan qaldırılması daxili işlər
orqanlarının əsas vəzifələrindən biridir. Qadın və qızların
hüquqlarının pozulması hallarının qarşısını almaq üçün profilaktik
tədbirlərin görülməsi daim diqqət mərkəzindədir. Daxili İşlər
Nazirliyində 102 - "Qaynar xətt" xidməti yaradılıb və bununla da
şərait yaradılıb ki, insanlar polisə öz problemləri barədə müraciət
etsinlər. Gündəlik 4000 müraciətdən 30 faizi qadınlar tərəfindən
edilir. Qadınlara müvafiq yardım göstərilməsi üçün daim tədbirlər
görülür".
Onun sözlərinə görə, Azərbaycanda zorakılıq halları Avropa ölkələri
ilə müqayisədə dəfələrlə azdır.
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO