Qırmızı.az
Mübariz Qurbanlı Lənkəranda vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 25-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvar və Cəbrayıl rayonlarından olan 40-a yaxın vətəndaşı qəbul edib.
Komitənin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, Bakı İslam Universitetinin Lənkəran filialının fəaliyyətinin bərpası, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub.
M.Qurbanlı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.
Qəbul zamanı müraciətlərin bir qismi yerindəcə həllini tapıb.
Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR