Qırmızı.az
Mikayıl Cabbarov Cəlilabadda vətəndaşları dinləyib
Bu gün təhsil naziri Mikayıl Cabbarov Cəlilabad şəhərindəki Olimpiya İdman Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Publika.az Təhsil Nazirliyinin rəsmi saytına istinadən məlumat
verir ki, qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və
ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə
dəyişdirilməsi, işə bərpa olunma, məktəb binalarının inşası, ümumi
təhsil müəssisələrinin internetlə təminatı, təhsil sənədlərinin
tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil
müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, xaricdə təhsil,
xüsusi təyinatlı ali məktəblərdən səhhətinə görə xaric olunmuş
şəxslərin təhsilini davam etdirməsi, fəaliyyəti dayandırılmış
Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil, ümumi
təhsil məktəblərinin və ali təhsil müəssisələrinin rəhbərlərindən
şikayət, dövlət təltifləri, dərslik və digər məsələlərlə əlaqədar
müraciət ediblər.
Qəbulda 80 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər
yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin
müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya
şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara
çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət
Mərkəzindən daxil olmuş məlumata əsasən, 10 fevral 2014-cü il
tarixində saat 16: 06-da Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul
rayonu ərazisində, 55 km dərinlikdə zəlzələ qeydə alınmışdır.
Zəlzələ episentrdə 5,7 maqnituda (12 ballıq cədvəl üzrə 5 bal)
gücündə, respublikanın əksər yaşayış məntəqələrində 5,0-3,0 bal,
Bakı şəhərində isə 3 bala qədər hiss olunmuşdur. İnsan tələfatı və
dağıntı yoxdur.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi