Qırmızı.az
Nazirliyin vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin vəzifəli şəxslərinin qanunazidd hərəkətləri barədə həmin nazirlikdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, araşdırmalar zamanı Xətai rayon Məşğulluq
Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən
sui-istifadə edərək 2012-2013-cü illərdə ayrı-ayrı şəxslərin
adlarına saxta əmək kitabçalarının tərtib edilməsi, əmək haqqı
barədə arayışların müxtəlif şəxslərin adlarına saxtalaşdırılması,
işsizlik müavinətlərinin düzgün hesablanmaması və yol verilmiş
digər qanunsuzluqlar nəticəsində ümumilikdə 137 min 853 manat
məbləğində qanunsuz ödənişlər aparılmaqla mənimsənilməsində
şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin
179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə
səlahiyyətlərindən sui-istifadə ) və 313-cü ( vəzifə saxtakarlığı )
maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...