Koreyanın baş naziri NNİM-də - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Koreyanın baş naziri NNİM-də - FOTOLAR

Bu gün Koreya Respublikasının Baş naziri Çanq Honqvonun başçılıq etdiyi nümayəndə heyəti Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) olub. Bu barədə Publika.az-a NİİM-dən məlumat verilib.

Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahovun müşayiəti ilə koreyalı nümayəndə heyəti Mərkəzin iş fəaliyyəti ilə tanış olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Elnur Abdullayev qonaqlara Sistemin Azərbaycanda tətbiqindən sonra əldə edilmiş uğurlar, ictimai nəqliyyat, sərnişindaşımaları sahəsində səmərəliliyin artması haqqında ətraflı məlumat verib.

Koreya Respublikasının baş naziri Çanq Honqvona bildirilib ki, Mərkəz ən müasir avadanlıqlarla təhciz olunub.

Nəqliyyat sahəsində ən böyük monitorun məhz bu mərkəzdə olduğu və bunun vasitəsilə gün ərzində nəqliyyat axının vəziyyətinə nəzarət edildiyi qonağın diqqətinə çatdırılıb. Çanq Honqvon Bakı şəhərində tətbiq olunmuş bu sistemdən heyranlığını ifadə edib və görüşdən çox məmnun qaldığını bildirib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm