Qırmızı.az
Nazir: "Əlillərlə bağlı kvotanı nəzərə almayanlar cəzalandırılacaq"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin
məşğulluğu ilə bağlı iki istiqamətdə işlər görür.
Publika.az-ın məlumatına görə, bunu bu gün
jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi
naziri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, mövcud qanunvericiliyə görə, işçilərin müəyyən hissəsinin sağlamlıq imkanlarının məhdud insanların olması tələb olunur. Bu istiqamətdə nazirlik fəaliyyətini gücləndirəcək.
"Bu tələbi yerinə yetirməyən işəgötürənlərə qarşı tətbiq
olunacaq cərimələrin artırılmasını təklif edəcəyik. Hazırda bununla
bağlı işlər gedir. Amma dünya təcrübəsi göstərir ki, kvotadan daha
çox əlillər üçün xüsusi iş yerlərinin açılması istiqamətində
aparılan tədbirlər daha səmərəlidir. Çünki artıq burda onlar üçün
xüsusi yerlər yaradılır və onlar burada çalışırlar. Bazar
iqtisadiyyatında belə iş yerlərində istehsal olunan məhsulların
bazarda satılması imkanları olmur. Burada istehsal olunan məhsullar
müəyyən rəqabət imkanlarına malik olmalıdır. Bu istiqamətdə də
müəyyən tədbirlərin həyata keçirilməsi vacib olacaq. Eyni zamanda,
biz hazırda sağlamlıq imkanları məhdud olan insanların işlə təmin
olunması istiqamətində işlər həyata keçiririk. Bu il ərzində xeyli
sayda əlilliyi olan insan işlə təmin olunub".
Nazir deyib ki, bütün hallarda dövlətin bu sahədə kvota nəzərdə tutan qanunvericiliyi varsa, bunun yerinə yetirilməsi vacibdir. Artıq bu sahədə nəzarətin artırılması barədə nazirlik Dövlət Əmək Müfəttişliyinə xüsusi göstəriş verildiyini diqqətə çatdlıran nazir ümid edir ki, yaxın vaxtlarda bunun təsirli nəticələrini ictimaiyyət görəcək.
Gülnar
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU