Qırmızı.az
Nazirlik rəsmisi: "Bazarlarda məhsulların keyfiyyəti düzgün yoxlanılmır"
“Bu gün bazarlarda məhsulların keyfiyyəti ilə bağlı aparılan yoxlamalar tələblərə uyğun olmur. Belə ki, məhsullar bazara daxil olan kimi yoxlanılmalıdır. Lakin bir çox hallarda satış başlanandan sonra yoxlamalar aparılır”.
Bu sözləri Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, bazarda meyvə-tərəvəzlə yanaşı, bəzi tez xarab olan məhsullar da satılır. Bazarlarda əsasən, insanların öz təsərrüfatlarında yetişdirdikləri kənd təsərrüfatı məhsullarını satdıqları məkanlar olub. Bu gün bazarlarda satılan məhsullar birbaşa istehsalçı tərəfindən gətirilmir, əsasən ikinci əldən satılır.
“Məhsullar yoxlanılmadan bazarlarda satışa, buraxıla bilməz. Amma hazırkı real vəziyyət tamam fərqlidir. Məhsulların bazara daxil olarkən yoxlanması problemə çevrilir. Bu gün bazarlarda yoxlamalar əsasən, satışa başlandıqdan sonra aparılır. Məhsullar əldən-ələ keçərək satıldığından mənbəni tapmaq çətin olur”.
İ.Abdullayev qeyd edib ki, bazarların daha bir problemi piştaxtaların köhnəlməsi, yararsız hala düşməsidir.
“Bazarın içərisində su xətləri olmalıdır ki, orada çalışanlar tez-tez əl yusunlar. Xüsusən ət və balıq məhsulları satılan yerlər təmiz su ilə təmin edilməlidir. Bəzi bazarlarda bu xidmət var, lakin onlar da primitiv qaydada, yalnız su olmasını göstərmək üçün təşkil edilir. Bu hallar yolverilməzdir, gigiyenik qaydaların pozulmasıdır. Piştaxtalar üzərində satılan balıqlar yay aylarında böyük təhlükə mənbəyi hesab olunur. Çox zaman gigiyenik normalar pozulur. Diri balıqlar satılarkən, gigiyenik normalara əməl edilməlidir, dondurulmuş balıqlar üçün də soyuducular olmalıdır. Təəssüf ki, bu gün bazarlarda ərzaq məhsulları ilə yanaşı, bəzi dəmir və elektrik avadanlıqları satılır. Əlbəttə, onlar ayrılmalı, ərzaq satılan yerlərin ayrıca giriş-çıxışı olmalıdır”.
Şöbə müdirinin sözlərinə görə, bu məsələlər birdəfəlik həllini tapmalıdır.
“Ya bazar genişlənməlidir, ya da ticarət mərkəzi kimi işləyirsə, hər bir sahibkar cavabdehlik daşımalıdır. Bazar ümumi müəssisə olduğuna görə, onun rəhbəri bütün sanitariya qaydalarına cavabdehlik daşıyır. “Sahibkarların maraqlarının müdafiəsi” və “Sahibkarların yoxlamaların keçirilməsi” haqqında qanunlara əsasən, yalnız şikayətlər əsasında yoxlama apara bilirik”.
Gülxar
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı