Qırmızı.az
Nazirdən rektorlara xəbərdarlıq: "Siz məsuliyyət daşıyırsınız"
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ali təhsil müəssisələrində 2014/2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi barədə əmr verib.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, əmr sessiyanın mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə verilib.
Əmrə əsasən, ali təhsil müəssisələrinin rəhbərləri imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etməli, rəhbərlik etdikləri ali təhsil müəssisələrində imtahan qərargahı yaratmalı, qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etməlidirlər.
Ali məktəb rəhbərləri imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görməlidirlər.
Nazir əmrində onu da qeyd edıb ki, ali məktəb rəhbərləri rəhbərlik etdikləri ali təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyıdıqlarını nəzərə almalıdrlar.
Əmrə əsasən, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən ali təhsil müəssisələrində payız semestrinin imtahan sessiyası 29 dekabr 2014-cü ildə başlayıb, 18 yanvar 2015-ci il tarixində sona çatacaq.
Təhsil Nazirliyinin müvafiq məsul şəxsləri isə imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində ali təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırmalı və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlamalıdırlar.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı