Qırmızı.az
Akademik Ramiz Mehdiyevin qazax dilinə tərcümə olunmuş kitabının təqdimatı keçirilib - FOTO
Qazaxıstanın Atırau şəhərində X.Dosmuxamedov adına Atırau Dövlət
Universitetində Azərbaycan Respublikasının Qazaxıstanın Aktau
şəhərindəki Baş konsulluğunun tərəfindən “Azərbaycanın Qazaxıstanda
biznes investisiya Assosiasiyası”nın maliyyə dəstəyi ilə
Qazaxıstanın dövlət orqanları və ictimaiyyət nümayəndələri arasında
böyük marağa səbəb olmuş, Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan
- 2003-2008: Zaman haqqında düşünərkən" qazax dilinə tərcümə
olunmuş kitabının təqdimatı keçirilib.
Baş Konsulluqdan Trend-ə bildiriblər ki, tədbirdə ilk öncə çıxış
edən Atırau Dövlət Universitetinin rektoru, professor Beybut
Mamrayev "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən"
kitabını tədbir iştirakçılarına təqdim edərək, əsərin Qazaxıstanda
Azərbaycanın tanıdılması sahəsində əhəmiyyətindən, Azərbaycanın
müstəqilliyini bərpasından sonra Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev tərəfindən güclü dövlətin yaradılması və iqtisadiyyatın
modernləşdirilməsi sahəsində həyata keçirilən siyasi
prioritetlərinin işıqlandırıldığını qeyd etmişdir. O, kitabın
Qazaxıstan ziyalıları, habelə gənc alimlər tərəfindən Azərbaycanı
dərindən tanımaları üçün dolğun nəşrin olduğunu vurğulamışdır.
Daha sonra çıxış edən Baş konsul Rəşad Məmmədov kitabın qazax
dilində nəşr olunması səbəblərindən danışaraq, Azərbaycanın
möhkəmləndirilməsi və inkişafı yolunda qazanılan uğurların qazax
içtimaiyyətinə çatdırılmasında kitabın önəmini vurğulamışdır. Baş
konsul Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili
və xarici siyasət geniş şərh edildiyi əsərin qazax ziyalıları, elm
adamları, gənc alimlər və dövlət qulluqçuları üçün maraqlı olduğunu
qeyd etmişdir.
Baş konsul R.Məmmədov kitabın Qazaxıstanın qərb bölgəsində yerləşən
vilayətlərin əksər kitabxanaları, ali təhsil müəssisələri, dövlət
təşkilatlarına paylalanıldığını qeyd edərək, qardaş Qazaxıstan
Respublikasında ölkəmizin siyasi prioritetlərinin həyata
keçirilməsində atılan addımların işaqlandırılması üçün akademik
Ramiz Mehdiyevin qazax dilində nəşr olunmuş "Azərbaycan -
2003-2008: Zaman haqqında düşünərkən" kitabının müfəssəl vasitə
olacağını vurğulamışdır.
Tədbirin sonunda görüş iştirakşılarına kitabın nüsxələri
paylanılmışdır.
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi