Qırmızı.az
UNICEF: 2014-cü il uşaqlar üçün təhlükəli il olub
BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Entoni Leyk 2014-cü ildə dünyada yaşayan uşaqların vəziyyəti ilə bağlı məlumat yayıb.
Publika.az AzərTac-a istinadən xəbər verir ki, təşkilat 2014-cü
ildə Əfqanıstan, Konqo, Nigeriya, Pakistan, Somali, Sudan və Yəmən
kimi münaqişələrin baş verdiyi ölkələrdə uşaqların həyatının
təhlükə içərisində keçdiyini və onların faciəli vəziyyətlə
üzləşdiklərini, minlərlə günahsız uşağın öldürüldüyünü diqqətə
çatdırıb. Bildirilib ki, Mərkəzi Afrika Respublikasında, İraqda,
Cənubi Sudanda, Suriyada, Ukraynada və Fələstin ərazisində 15
milyondan artıq uşaq münaqişə zonasında qorxulu anlar yaşamağa
məcbur olub.
Ümumilikdə, silahlı münaqişələrin baş verdiyi ölkələrdə və
regionlarda yaşayan 250 milyon uşağın həyatı daim təhlükə altında
olub.
Bildirilib ki, uşaqlar dərs keçdikləri və ya yataqda olduqları vaxt
ölüm onları haqlayıb, münaqişə nəticəsində valideynlərinin birini
və ya hər ikisini itirib, yüzlərlə uşaq oğurlanıb və zorakılığa
məruz qalıb, qul kimi satılıb.
Baş direktor Mərkəzi Afrika Respublikasında 2,3 milyon uşağın
münaqişədən əziyyət çəkdiyini, 10 mindən çox uşağın silahlı
dəstələr tərəfindən zorakılığa məruz qaldığını, 430 uşağın qətlə
yetirildiyini bəyan edib. Suriyada müharibədən 7,3 milyon uşağın
əziyyət çəkdiyi və daim qorxu içərisində yaşadığı, 1,7 milyon
uşağın ölkəni tərk etdiyi qeyd olunub. İraqda 700 uşağın həyatına
son qoyulduğu, Cənubi Sudanda silahlı toqquşmalar nəticəsində 750
min uşağın öz yurdlarını tərk etməyə məcbur olduğu, 600 uşağın isə
qətlə yetirildiyi bildirilib.
UNICEF dünya ölkələrini gələcək nəslə qarşı zorakılığa son qoymaq
üçün səyləri birləşdirməyə çağırıb.
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO