Həkimlər xalq artistinə işə çıxmağa icazə vermirlər
Bizi izləyin

Qırmızı.az

Həkimlər xalq artistinə işə çıxmağa icazə vermirlər

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov müalicə aldığı Mərkəzi Kliniki Xəstəxanadan evə buraxılıb.

Aktyor Publika.Az-a açıqlamasında səhhətinin yaxşılaşdığını və hazırda özünü normal hiss etdiyini deyib: "Evə buraxılsam da, müalicəm davam edir, həkim nəzarətindəyəm. Hələ də iynə-dərman qəbul edirəm. Çölə-bayıra da çıxmıram. Evdə, həyətdə gəzişməklə kifayətlənməli oluram".

İlham Əsgərov bildirib ki, həkimlər ona işə çıxmağa icazə vermirlər: "Hələlik işə getməyə, əsəbləşməyə, gərginliyə, yorğunluğa icazə verilmir. Amma müalicəm başa çatandan sonra, 10-15 günə işə çıxacam. Çünki teatrsız darıxıram".

İlham Əsgərov mayın 25-də dublyajda pult arxasında olarkən özünü pis hiss etmişdi. Yanındakı həmkarları təcili yardım çağıraraq onu Mərkəzi Klinik Xəstəxanaya çatdırmışdılar. Aktyorun yenidən beynin insultu keçirdiyi ehtimalı olsa da, həkimlər onda keçici işemik həmlənin baş verdiyini söyləmişdləri.

54 yaşlı xalq artisti iki il əvvəl beyin insultundan müalicə olunub. Həkimlər ona gərgin iş rejimindən uzaq olmağı tövsiyə ediblər.

Xəyalə Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm