Qırmızı.az
Murad Köhnəqala türbəsi
birincisi, hamımızın ədəbiyyatdan tanıdığımız Murad Köhnəqala, bir də Murad əmi. İkisinin arasında elə də ciddi bir fərq yoxdur. Murad şair pozası alanlardan deyil, o həyata ironiya ilə yanaşmağı bacaran bir insandır.
Murad Köhnəqala ədəbiyyatımızda həm də bir obrazdır. Bir neçə il əvvəl Şərif Ağayar mənə Muradın lətifələrini yazmağımı istəmişdi. Mən də bildiklərimi kağıza köçürmüşdüm. Bu lətifələrdə Muradın şair tipi ortaya çıxır. Hüseyn Arifin, Əliağa Vahidin eşitdiyimiz lətifələri həm də bu insanları ədəbi portretini açmağa imkan yaratdığı kimi indi sizin diqqətinizə çatdıracağım bir əhvalat Murad Köhnəqalanın bütöv görünüşü verməyə yardımçı olacaq. Beləliklə buyurun, oxuyun:
***
Azərbaycana hansısa bir ölkədən qonaqlar gəlir və o, qonaqlarla bir masada bizim gənc yazarımız Mövlud Mövlud da varmış.
Qonaqlar Nizamidən, Füzulidən və Şərqin digər böyük şairlərindən ağız dolusu danışır, onların şeirlərini oxuyub feyziyab olurlarmış.
Axırda Mövlud Mövlud söz istəyib:
- Əfəndim, - deyib – olarmı sizə bir şeir deyim?
Qonaqlar bir ağızdan “hə” deyəndə Mövlud Murad Köhnəqalanın bir gəraylısını oxuyub. Gənc yazar daha şeiri bitirməmiş qonaqlardan biri bunun müəllifi kimdi deyə soruşmuş və heyrətini gizləyə bilməmişdir.
Mövlud şeirin müəllifinin Murad Köhnəqalaya məxsus olduğunu demiş və əlavə edibmiş ki, Azərbaycanın XVII əsr şairlərindən ən böyüyüdür.
Qonaqlar:
- Nə olar, onun türbəsinə gedək... - deyiblər.
Mövlud yalanı faş olmasın deyə bildirib ki, onun türbəsi burdan çox uzaqdadı və ora ziyarət etməyə icazə verilmir.
Qonaqlardan biri içini çəkib:
- Heyif, o, XVII əsrin böyük şairinin türbəsini görsək içimiz rahat olardı. O, çox böyük şair imiş, amma təəssüf ki, biz onun adını eşitməmişdik.
***
Murad Köhnəqala isə hələ də sağdır və yəqin ki, indi hardasa sınıq-salxaq bir kafedə oturub içkinin küpünə girib. Belə demək mümkünsə, o sınıq-salxaq kafe Murad Köhnəqalanın türbəsidir.
Publika.Az
-
Elm və təhsil22:06Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
-
ABŞ20:48Müharibəni sümüklərimdə hiss etdiyim zaman... - Trampdan anons
-
Hadisə20:00Bakıda bu ərazidə yanğın baş verdi - Yeniləndi
-
İnanc19:50Ramazan ayının iyirmi dördüncü günü: İmsak və iftar vaxtı, günün duası
-
Nida Xəbər 18:50Prezident təsdiqlədi: ictimai yerlərdə elektron siqaret çəkənlər...
-
Sosial17:20Bu avtobuslarda yeni qiymətlər müəyyənləşdi
-
Dünya16:52İlbər Ortaylı vəfat etdi
-
İdman16:02Messiyə "Barselona"da bu vəzifə veriləcək










.jpg)























