Qırmızı.az
Yavər Camalov hesabat verdi
"Növbəti ildə yeni istehsal sahələrinin yaradılması və istehsal texnologiyalarının alınması üçün planlar hökumətə təqdim olunub".
Trend xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov
nazirlikdə müdafiə sənayesi işçilərinin peşə bayramı münasibəti ilə
keçirilən tədbirdə müdafiə sənayesində həyata keçirilən işlərdən
danışarkən deyib.
Nazir qeyd edib ki, son illər müdafiə sənayesi sektoru inkişaf edib və Milli Ordunun müasir silahlarla təchiz edilməsi, kənardan asılılığının azaldılması istiqamətində xeyli işlər görülüb.
Y.Camalov bildirib ki, 2007-2014-cü illərdə MSN-də yenidənqurma
və inşaat işləri nəticəsində 50-dən artıq yeni istehsal sahəsi
yaradılıb. Bu il isə istehsal olunmuş müdafiə təyinatlı məhsulların
həcmi 2010-cu illə müqayisədə 2,4 dəfədən çox olacaq: "Nazirliyin
nəzdindəki müəssisələr tərəfindən 60 və 82 mm çaplı minaatanlar,
PKT pulemyotu, "Xəzri" avtomatı, əleyhqaz, "Aerostar" tipli
pilotsuz uçuş aparatları, əl qumbaraları, maskalanma torları, optik
sistemlər, atıcı silah və zirehli texnikaların ehtiyat hissələri
istehsal olunaraq sifarişçilərə çatdırılıb. Nazirliyin
müəssisələrində 2014-cü ildə kapsulların istehsalı da mənimsənilib
ki, bu da döyüş sursatlarının istehsalında xarici asılılığı aradan
qaldırıb. 30 mm çaplı AQS-30 avtomatik qumbaraatanı üçün döyüş
dəstinin, minaatanlar üçün sursatların, A-100 tipli gecəgörmə
cihazının yaradılması başa çatdırılıb və seriyalı istehsala tövsiyə
olunub. Eyni zamana 14.5 mm təkmilləşdirilmiş snayper tüfənginin,
7.62x51 mm çaplı başqa bir snayper tüfənginin zavod sınaqları
aparılıb. Eyni zamanda MSN-in Milli Aerokosmik Agentliyində yeni
sistemlərin yaradılması və istehsalı istiqamətində işlər
görülüb".
Nazir qeyd edib ki, Elmi-Tədqiqat İnstitutunda dövlət sifarişi
üzrə 10 istiqamətdə mövzular işlənib: "Bunlar nəqliyyat vasitələri
üzərinə silahların qurulması, yeni aviabombaların yaradılması,
texnikaların modernləşdirilməsi, xüsusi əhəmiyyətli obyektlərin
mühafizəsi sisteminin yaradılması və s. ilə bağlı olub".
Tədbirdə çıxış edən "Aqreqat" İstehsalat Birliyinin baş
direktoru Fərhad Cəfərquliyev bildirib ki, rəhbərlik etdiyi
müəssisədə əsasən zirehli texnikanın təmiri və modernləşdirilməsi
üzrə ixtisaslaşmış Bakı Cihazqayırma Zavodunda iki növ döyüş
texnikasının modernləşdirilməsi proqramı həyata keçirilir:
"İndiyədək onlarla döyüş texnikası modernləşdirilərək
istifadəçilərə verilib. Müəssisəmizdə istehsal olunan Aviasiya
sənayesi məhsulları Rusiyaya və digər ölkələrə ixrac
olunur".
"Dalğa" Elmi-İstehsalat Müəssisəsinin baş direktoru Mübariz
Ağayev isə deyib ki, rəhbərlik etdiyi müəssisədə 37 adda silahın
təmiri, eyni zamanda, iki növ müdafiə təyinatlı məhsulun istehsalı
mənimsənilib. Bundan əlavə, zavodda yararsız silahların
utilizasiyası da həyata keçirilib.
Tədbirdə Azərbaycan Prezidentinin sərəncamı ilə orden, medal və fəxri adlara layiq görülmüş, əmək fəaliyyətində fərqlənmiş şəxslər təltif olunublar.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO