Qırmızı.az
Sevgilisinə barışması üçün yalvardı, «yox» cavabı alanda isə öldürdü
24 yaşlı qadın bir müddət öncə ayrıldığı, ailəli və 4 uşaq atası olan sevgilisi tərəfindən bir neçə dəfə bıçaqlanıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı Zafer Üstündağ keçmiş sevgilisi Canan Göktaş adlı qadını bıçaqlayaraq öldürüb.
Antalyada baş vermiş hadisənin təfərrüatları barədə verilən məlumatda deyilir ki, Canan Göktaş Zafer Üstündağın evli olduğunu bildikdən sonra ondan ayrılmağa qərar verib. Bundan 2 gün sonra isə Zafer «facebook» sosial şəbəkəsində «Heç sevmədin məni. Mənim sənə olan eşqimi başqalarına dəyişdin. Nə olar gülüm, sən xoşbəxt ol, bu mənə yetər», deyə Canana ismarıc göndərib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, olay Antalyanın Kəpəz mahalının Altınova məhəlləsində meydana gəlib. Belə ki, Zafer Üstündağ ticarət mərkəzlərinin birində çalışan Canan Göktaşın iş yerinə gedib və orada özünü sevgilisinin dayısı kimi təqdim edib: «Təqsirləndirilən şəxs ticarət mərkəzinin işçilərinə Canan Göktaşın dayısı olduğunu və onunla danışmaq istədiyini deyib. O, işçilərdən Cananı çölə çağırmalarını xahiş edib. Canan Göktaş çölə çıxdıqda isə qarşısında dayısını yox, keçmiş sevgilisini gördükdə «Niyə məni narahat edirsən?» deyib və Zaferlə mübahisə edib».
Bildirilir ki, Zafer Üstündağ keçmiş sevgilisinə onunla barışması üçün yalvarıb. Kişi sevgilisinə «Getmə, öldürmə məni» desə də qadının cavabı «yox» olub. Bu zaman kişi özü ilə gətirdiyi bıçaqla Canana bir neçə zərbə endirib və hadisə yerini tərk edib. Ticarət mərkəzinin işçiləri bu gördükdə dərhal təcili yardıma və polisə xəbər veriblər. Canan Göktaş xəstəxanaya aparılsa da, yolda dünyasını dəyişib. Zafer Üstündağ isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.
Vazeh
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA