Qırmızı.az
Etibar Əliyev: “Pul yığımının başında elə məktəb direktorları durur”
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı mediaya açıqlamasında bildirib ki, bu, martın 1-dən 10-dək davam edəcək “Bağlı qapı günləri” qarşıdan gələn 8 - Mart Beynəlxalq Qadınlar Günü ilə bağlıdır.
8 mart Bayramı ərəfəsində müəyyən narahatlıq və ya narazılıqlar
yarandığını deyən idarə rəsmisi bildirib ki, bunların qarşısını
almaq üçün belə addım atmaq qərarına gəldik: “Valideynlər hesab
edirlər ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə
uşaqlardan məcburi şəkildə pul yığılır. Buna görə də heç bir
narahatlığın yaranmaması üçün belə təşəbbüslə çıxış etdik və bu,
bir çox məktəblərdə müsbət qarşılanıb. Orta məktəblərdəki
müəllimlərin böyük əksəriyyətini xanımlar təşkil edir. Buna görə də
kimsə öz müəllimini təbrik etmək istəyirsə buna etiraz etmir və ya
qadağa qoymuruq”.
Mövzu ilə bağlı təhsil eksperti Etibar Əliyevin mövqeyini
öyrəndik. O, Publika.Az-a açıqlamasında bildirdi ki, Təhsil
Nazirliyi bu problemləri aradan qaldırmaq üçün hətta
valideyn-müəllim assosiasiyası yaradıb: “Bu assosiasiyanın geniş
təbliğatı gedir. Bu qurum məktəblərdə qeyri-formal vəsait
yığımlarının qarşısını almalıdır, məktəb-valideyn münasibətlərini
yaxşılaşdırmalıdır. Amma görsənir ki, bu qurum da özünün
funksiyalarını yerinə yetirə bilmir. Nəticədə Təhsil Nazirliyi bir
qədər inzibati metodlara əl atır ki, bu ərəfələrdə valideynlər
məktəbə gəlməsin”.
E.Əliyevin sözlərinə görə, əslində müəllimlə valideyn təkcə
məktəbdə görüşmürlər: "Hətta ibtidai təhsil mərhələsində repetitor
təhsili var və uşaqlar müəllimlərin evinə gedir, yaxud
valideynlərlə müəllimlər məktəb mühitindən başqa yerdə görüşə
bilərlər. Amma bu saat məktəblərdə pullar yığılır. Belə çıxır ki,
bu pullar uşaqlar vasitəsilə məktəbə göndərilir və ya valideynlər
bu və ya digər vasitələr axtarıb bu pulu məktəbə çatdırır. Pul
yığımının başında elə məktəb direktorları durur. Valideynin məktəbə
gəlməməsi və bu günlərdə qadağa qoyulması o demək deyil ki, pul
yığmağın kökü kəsiləcək. İstənilən valideyn gül-çiçəklə öz
övladının müəllimini təbrik edə bilər. Bu təbii haldır, məhz
xoşagəlməz halı isə məktəb direktorları yaradır”.
Ekspert bildirir ki, mərkəzə daxil olan məlumata görə, bu günlərdə
məktəblərdə 8 mart- Beynəlxalq Qadınlar Günün münasibətilə 20-50
manat pul yığılır: “Valideynlərdən Təhsil Nazirliyinin qaynar
xəttinə kimsə məlumat versə belə indi artıq elə məktəb direktoru
var ki, onu heç kim vəzifəsindən çıxara bilməz. Məktəb direktoru
var ki, neqativ hala yol versə belə onu vəzifəsindən çıxartmaq
mümkün deyil, ya kiminsə qohumudur, ya da hansısa bir vasitə ilə bu
vəzifəyə sahib olub. Nazirlik məktəb mühitinin yaxşılaşdırılmağın
başqa yollarını düşünməlidir. 2-3 gün valideynin məktəbə gəlməməsi
ilə bu neqativ hallar yığışdırılacaqsa, bu, yaxşı haldır. Ancaq
indiki halda bu, inandırıcı görünmür”.
Nailə
Publika.az
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"